XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Azərbaycan çempionatının qalibləri müəyyənləşib
İdman 16:39 / 02.07.2019

Şose velosipedinin fərdi və qrup ötüşməsi üzrə Elit və U23 kateqoriyalı idmançılar arasında keçirilən Azərbaycan çempionatına yekun vurulub.
Gənclər və İdman Nazirliyinin və Azərbaycan Velosiped İdmanı Federasiyasının təşkil etdiyi yarışda 40-dək idmançı mübarizə aparıb. Qala qəsəbəsində keçirilən və 24 kilometr məsafəyə fərdi ötüşmə yarışında yığma komandamızın lideri Elçin Əsədov bütün rəqiblərini qabaqlayıb. Ukraynanın "Lvov” kontinental klubunun üzvü 28 dəqiqə 16 saniyə göstərici ilə birinci yeri tutub. E.Əsədov fərdi ötüşmə yarışında ardıcıl altıncı dəfə Azərbaycan çempionatının qalibi olub. Belarusun "Minsk” kontinental komandasında çıxış edən Samir Cəbrayılov və Dünya Velosiped Mərkəzində təlim keçən Musa Mikayılzadə isə müvafiq olaraq 29 dəqiqə 58 saniyə və 31 dəqiqə göstərici ilə sonrakı iki yerdə qərarlaşıblar.
Xızı rayonunda təşkil edilən qrup ötüşməsində də ilk üçlük dəyişməyib. 162 kilometrlik məsafəni 4 saat 30 dəqiqə 15 saniyəyə qət edən Elçin Əsədov ən yaxın izləyicisi Samir Cəbrayılovu 16 saniyə qabaqlayıb. Musa Mikayılzadə finiş xəttini üçüncü keçib.
Azərbaycan çempionatının nəticələri Beynəlxalq Velosipedçilər İttifaqına (UCI) da göndərilib. Qazanılan xallar həm idmançıların, həm də ölkəmizin reytinq cədvəlində əksini tapacaq.

34524 oxunub

InvestAZ