XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



“Benin International 2019” turnirində gümüş medal
İdman 11:45 / 01.07.2019


Beninin Kotonu şəhərində keçirilən badminton üzrə"Benin International 2019” turnirinə yekun vurulub. Kişilərin şəxsi yarışında ölkəmizi təmsil edən Edi Reski Dviçayo turnirin gümüş medalını qazanıb. Mübarizəyə əsas mərhələdən qoşulan badmintonçumuz onaltıdabir finalda Kot-d'İvuar idmançısı Aleks Zlobeyə 2:0 (21-10,21-8) hesabı ilə qalib gəlib. İdmançımız səkkizdəbir finalda hindistanlı Harşit Aqarval üzərində 2:0 (21-18,21-17) hesablı qələbə qazanıb.
Dörddəbir finalda badmintonçumuzun rəqibi ABŞ təmsilçisi Timoti Lam olub. Gərgin keçən qarşılaşmanın sonunda Edi Reski Dviçayo təcrübəli rəqibi 2:1 (21-16,21-23,21-18) hesabı ilə məğlub edib. Yarımfinalda Hindistan badmintonçusu Alap Mişra ilə görüşdə 2:0 (21-17,21-16) hesabı qələbə qazanan Dviçayo həlledici final görüşündə London və Rio olimpiadasının iştirakçısı, Şri-Lanka təmsilçisi Niluka Karunaratne ilə qarşılaşıb. Badmintonçumuz təcrübəli rəqibinə 0:2 (21-23,17-21) hesabı ilə uduzaraq turniri 2-ci sırada tamamlayıb.

34847 oxunub

InvestAZ