XƏBƏR LENTİ
05 Mart 2026
04 Mart 2026
03 Mart 2026
02 Mart 2026
28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026



Gimnastika hakimimiz birinci kateqoriyaya yüksəlib
İdman 11:31 / 13.12.2024

Azərbaycanın qadın idman gimnastikası üzrə hakimləri Anjella Abdullayeva və Kristina Pravdina fərqləniblər.

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, onlar İsveçrənin Lozanna şəhərində Beynəlxalq Gimnastika Federasiyası tərəfindən keçirilən 2025-2028-ci illər Olimpiya dövrünü əhatə edən qitələrarası hakimlik kurslarını uğurla başa vurublar.

Yüksək nəticə göstərən hakimlərimizdən Anjella Abdullayeva birinci, Kristina Pravdina isə ikinci kateqoriyaya yüksəlib. 


16280 oxunub

InvestAZ