XƏBƏR LENTİ
10 Mart 2026
09 Mart 2026
08 Mart 2026
07 Mart 2026
06 Mart 2026
05 Mart 2026
04 Mart 2026
03 Mart 2026



Azərbaycan Taekvondo Federasiyası hakimlər üçün seminar təşkil edib
İdman 12:37 / 28.11.2024

Azərbaycan Taekvondo Federasiyasının təşkilatçılığı ilə hakimlər və hakim olmaq istəyənlər üçün maarifləndirici və məlumatlandırıcı seminar keçirilib.

Azərbaycan Taekvondo Federasiyadan verilən məlumata görə, baş hakim Gündüz Abdullayevin rəhbərliyi ilə gerçəkləşən seminarda 36 nəfər iştirak edib.

Bunda məqsəd dekabrda keçiriləcək respublika çempionatı, birinciliyi və 2025-ci ildə təşkil olunacaq ölkədaxili yarışlarda iştirak etmək üçün hakimlərin seçimi və nəzəri təcrübələrinin artırılması olub.

Nəzəriyyəni uğurla başa vuran hakimlər dekabrda sınaq imtahanında iştirak edəcəklər.


16679 oxunub

InvestAZ