XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Çaparımız Moskvada birinci oldu
İdman 17:11 / 29.06.2019


Moskvada keçirilən 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya Oyunlarının seçmə mərhələsinin açılış turnirində idmançımız Seyid Musayev 140 santimetr hündürlükdə maneələri dəf edərək birinci yeri tutub. Güclü yağışlarla əlaqədar Polşa milli yığmasının yarışlara qatılmaması ilə əlaqədar digər beş ölkənin təmsilçiləri müxtəlif kateqoriyalarda güclərini sınayıblar.
İyirmi doqquz idmançının iştirak etdiyi yarışlarda ölkəmizi təmsil edən Seyid Musayev "Concorde” ləqəbli at ilə 69,21 saniyə ərzində 11 maneə aşaraq sürət parkurunun ən yaxşısı olub. İkinci yerdə Özbəkistan təmsilçisi Okil Sobirconov, üçüncü yerdə isə Rusiya təmsilçiləri Anna Qromzino və Yekaterina Petroçenkova olub.
Turnirin ən vacib komanda yarışı iyunun 30-da Azərbaycan, Rusiya, Özbəkistan, Polşa, Qırğızıstan və İsrail milli komandalarının iştirakı ilə keçiriləcək. Ölkəmizi bu yarışda Seyid Musayev, Rəşad Səmədov, Kənan Novruzov təmsil edəcəklər. Yüz altmış santimetr hündürlüyə malik maneələrin dəf edilməsi uğrunda yarışlarda qalib gələcək idmançılardan ibarət komandalar Tokio Olimpiya Oyunlarına birbaşa vəsiqə əldə edəcəklər.

49161 oxunub

InvestAZ