XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Karateçimiz Minsk-2019-da komandamıza 5-ci qızıl medalı qazandırdı
İdman 20:47 / 29.06.2019


Azərbaycan karateçisi Asiman Qurbanlı (+84 kq) "Minsk 2019” ikinci Avropa Oyunlarında ölkəmizin aktivinə 5-ci qızıl medalı yazdırıb.
Karateçimiz finalda xorvatiyalı Andcela Kvesiçə 5:0 hesabı ilə qalib gəlib.
Xatırladaq ki, Oyunların kumite yarışlarında A qrupunda mübarizə aparan karateçimiz qrup mərhələsində birinci oyunda hollandiyalı Darnel Ladi Tirona 2:0 hesabı ilə qalib gəlib. Qrupda ikinci görüşdə almaniyalı Conatan Horn ilə xalsız heç-heçə edən A.Qurbanlı sonuncu görüşdə türkiyəli Alparslan Yunusoğlunu minimal hesabla məğlubiyyətə uğradıb. O, yarımfinalda gürcüstanlı Qoqita Arkaniyaya 8:0 hesabı ilə qalib gələrək adını finala yazdırıb.
Qeyd edək ki, A.Qurbanlı 2016-cı ildə Karate 1 Premyer Liqa və bu il il Karate 1 A Seriyası turnirlərinin qalibi adını qazanıb.
Bununla da Azərbaycan millisi "Minsk 2019” ikinci Avropa Oyunlarında beşinci qızıl medalını qazanıb. Qızıl medalları ölkəmizin aktivinə güləşçilərimiz Mahir
Əmiraslanov, Hacı Əliyev, Mariya Stadnik, boksçumuz Loren Alfonso Domingez və karateçimiz Asiman Qurbanlı yazdırıblar.


35997 oxunub

InvestAZ