XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Bədii gimnastımız Manamada qızıl medal qazandı
İdman 00:00 / 30.11.-0001

Azərbaycanın bədii gimnastları Bəhreynin paytaxtı Manama şəhərində keçirilən Gimnaziada İdman Oyunlarında 3 medal qazanıblar.

Sofiya Məmmədova halqalarla hərəkətlərdə 29.450 xal toplayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Şəms Ağahüseynova isə eyni proqramda 29.000 xalla bürünc mükafata sahib çıxıb.

S.Məmmədova topla hərəkətlərin icrasında da fərqlənib. Hakimlərdən 28.050 xal alan gimnast bu dəfə gümüş medala yiyələnib.

Gimnastlarımız bu gün, həmçinin gürz və lent proqramları üzrə final mərhələsində mübarizə aparacaqlar.

Qeyd edək ki, Azərbaycanın 16 növ üzrə 160 idmançı ilə təmsil olunduğu Gimnaziadaya bu gün yekun vurulacaq.


12361 oxunub

InvestAZ