XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Mariya Stadnik ölkəmizə üçüncü qızıl medalı qazandırdı
İdman 21:30 / 28.06.2019

İyunun 28-də Minsk-2019-un güləş yarışlarının dördüncü günündə Azərbaycanın qadın pəhləvanı Mariya Stadnik (50 kq) final görüşündə Ukrayna təmsilçisi Oksana Livaç ilə qarşılaşıb.
Olimpiya Oyunlarının üçqat mükafatçısı, dünya və yeddiqat Avropa çempionu M.Stadnik bu görüşdə qələbə qazanaraq Azərbaycanın hesabına üçüncü qızıl medalı yazdırıb. O rəqibini 7:1 hesabı ilə məğlubiyyətə uğradıb.
Azərbaycanın daha bir qadın güləşçisi Alyona Kolesnik isə Minsk-2019-un bürünc medalına sahib çıxıb. 57 kiloqram çəki dərəcəsində yarışan idmançı bürünc medal uğrunda görüşdə türkiyəli Gün Bediha ilə üz-üzə gəlib.
Rəqibini 9:4 hesabı ilə məğlub edən A.Kolesnik bürünc medala sahib olub.
Azərbaycanın daha bir qadın güləşçisi Elmira Qəmbərova II Avropa Oyunlarının finalında Ukrayna təmsilçisi Yuliya Tkaçla qarşılaşıb.
62 kiloqram çəki dərəcəsində yarışan idmançımız həlledici görüşdə rəqibinə uduzaraq gümüş medalla kifayətlənməli olub.
Bununla da, Azərbaycanın qazandığı medalların sayı 20-yə (3 qızıl, 6 gümüş və 11 bürünc medal) çatıb.

48500 oxunub

InvestAZ