XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Rusiyalı qrossmeyster “Grand Chess Tour 2019”a liderlik edir
İdman 13:13 / 28.06.2019

İyunun 28-də Xorvatiyanın paytaxtı Zaqrebdə "Grand Chess Tour 2019” seriyasının üçüncü mərhələsində üçüncü turun oyunları keçiriləcək. Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov üçüncü turda rusiyalı Yan Nepomnyaşi ilə qarşılaşacaq.
İki turun yekununda Ş.Məmmədyarovun aktivində bir xal var. Şahmatçımız birinci turda rusiyalı Sergey Karyakin, ikinci turda isə amerikalı Hikaru Nakamura ilə heç-heçə edib.
Sonuncu turda Yan Nepomnyaşi amerikalı Fabiano Karuananı məğlub edib. Çinli Dinq Liren rusiyalı Sergey Karyakin, norveçli Maqnus Karlsen hindistanlı keçmiş dünya çempionu Vişvanatan Anand, amerikalı Vesli So fransalı Maksim Vaşe-Laqrav, hollandiyalı Aniş Giri ermənistanlı Levon Aronyan ilə "sülh bağlayıblar”.
İki turun yekununa görə Yan Nepomnyaşi 2 xalla liderdir. M.Karlsen, Vesli So 1,5, M.Vaşe-Laqrav, M.Aronyan, F.Karuana, S.Karyakin 1, V.Anand, A.Giri, D.Liren, H.Nakamura hərəyə 0,5 xal qazanıblar.

33345 oxunub

InvestAZ