XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Hacı Əliyev: “Qələbəmi hərbçilərimizə həsr edirəm”
İdman 22:25 / 26.06.2019
Rəqiblərimə çox çətinliklə qalib gəldim. Hər görüşün öz çətinliyi var. Qismət elə oldu ki, bu gün iki erməni idmançıya qalib gəldim.
Bu sözlər Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev jurnalistlərə açıqlamasında deyib. "Düşünürdüm ki, ikinci erməniyə də qalib gəlsəm, mənim üçün maraqlı olacaq. Bunu düşünə-düşünə ona qalib gəldim. İndi isə ən vacibi final qarşılaşmasıdır. Finaldakı rəqibim Olimpiya çempionu gürcüstanlı idmançıdır. Ona iki-üç dəfə məğlub olmuşam. Kifayət qədər güclü güləşçidir. Çalışacağam ki, bu dəfə qalib mən olum. Bu gün Azərbaycanın Silahlı Qüvvələri günüdür. İki erməni idmançı üzərindəki qələbəmi də hərbçilərimizə həsr edirəm”, - deyə Hacı Əliyev bildirib.


36271 oxunub

InvestAZ