XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Firdovsi Umudov: “Mahir qızıl medal qazanaraq bütün hərbiçilərimizə gözəl hədiyyə etdi”
İdman 22:12 / 26.06.2019

"Azərbaycana Minsk-2019 ilk qızıl medalı güləş yarışlarında qazandı. Bu qələbənin 26 İyun Silahlı Qüvvələr Gününə təsadüf etməsi hər birimizi sevindirir”.
Bu sözləri "olimpiyadunyasi.com” saytına açıqlamasında Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov bildirib. "Komandamız axır ki, qızıl medal həsrətinə son qoydu. Hər birimiz bu medalı çoxdandır ki, gözləyirdik. Nəhəyət həmin o an gəlib çatdı. Özü də belə bir gündə. Mahir Əmiraslanov 57 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. Mahir Əmiraslanov 26 İyun Silahlı Qüvvələr Günündə qızıl medal qazanaraq bütün hərbiçilərimizə gözəl hədiyyə etdi. İnanıram ki, bu sonuncu qızıl medal olmayacaq. Komandamızın heyətində təcrübəli idmançıar yer alıblar. Bütün idmançılarımıza uğurlar arzulayıram”, - deyə Firdovsi Umudov bildirib.


44131 oxunub

InvestAZ