XƏBƏR LENTİ
04 Mart 2026
03 Mart 2026
02 Mart 2026
28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026
25 Fevral 2026



"Bakı və Sinqapurdakı treklər bizim ən yaxşı treklərimiz sayılır"
İdman 12:49 / 13.09.2024

"Red Bull"un meksikalı sürücüsü Serxio Peres idarə etdiyi bolidin hazırkı forması ilə bağlı açıqlama verib. 34 yaşlı pilot bildirib ki, Bakı və Sinqapurdakı treklər komanda üçün ən ciddi sınaqlar olacaq. "Hesab edirəm ki, Bakı və Sinqapurdakı treklər bizim ən yaxşı treklərimiz sayılır. Əgər balansı qoruya bilsək, daha tez mübarizəyə qayıda bilərik. Şübhəsiz ki, Bakıdakı yarışaolan inamım yüksəkdir. Axı mən 2021 və 2023-cü illərdə Azərbaycanda qalib gəlmişəm. Lakin indi keçmiş nailiyyətləri xatırlamaq vaxtı deyil. Ümid edirəm ki, trasda düzgün tarazlığı tapa biləcəyəm. Bu, uğur üçün əsas amildir", - deyə racingnews365 Peresdən sitat gətirib.

Xatırladaq ki, Azərbaycan Qran-prisindən sonra yarışçılar növbəti həftə Sinqapurda trek mübarizəsinə başlayacaqlar.


17727 oxunub

InvestAZ