XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Bakıda hakimlər üçün seminar keçirilir
İdman 15:00 / 24.06.2019

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) təşkilatçılığı ilə Bakıda hakimlər üçün seminar keçirilir. Seminarın açılış mərasimində çıxış edən FIDE-nin və Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov şahmatın dünyada ən populyar idman növlərindən biri olduğunu qeyd edib. Şahmatın inkişafı istiqamətində görülən işlərdən danışan vitse-prezident hakimlərə uğurlar arzulayıb.
Dörd ölkədən 50-dən çox hakimin iştirak etdiyi seminarda yeniliklər barədə məlumatlar veriləcək, superturnirlər, dünya, Avropa çempionatları, o cümlədən Ümumdünya Şahmat Olimpiadasında ədalət təmsilçilərinin vəzifəsindən danışılacaq. Seminarı Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, bir çox mötəbər çempionatda, Ümumdünya Şahmat Olimpiadasında baş hakim olan Faiq Həsənov, eləcə də kanadalı beynəlxalq dərəcəli hakim Vadim Çıpin aparırlar.

35738 oxunub

InvestAZ