XƏBƏR LENTİ
16 Oktyabr 2025
15 Oktyabr 2025
14 Oktyabr 2025
13 Oktyabr 2025
10 Oktyabr 2025



Həndbol klublarımızın Avropa Kubokunda rəqibləri müəyyənləşib
İdman 14:53 / 16.07.2024

Azərbaycanı həndbol üzrə Avropa Kubokunda təmsil edəcək kişi və qadın komandaların rəqibləri müəyyənləşib.

Bu, 2024/25 mövsümünün püşkatmasından sonra bəlli olub.

Kişilərdən ibarət "Kür" komandası "Stravolo” (Kipr), "Bakı” isə "Lofçen Çetinye” (Monteneqro) ilə görüşəcək. Qadın komandalardan "Kür” Yunanıstan təmsilçisi "İonias”, "Qarabağ” "Differdanj” (Lüksemburq), "Azəryol” isə "Qaliçanka” (Ukrayna) ilə qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycan klubları yarışa 2-ci mərhələdən start verəcək. Kişilərin turnirində bu raund oktyabrın 19-20-də və 26-27-də, qadınlarda isə oktyabrın 5-6-da və 12-13-də keçiriləcək. Avropa Kubokunda ümumilikdə 63 kişi və 64 qadın komandası çıxış edəcək.


16988 oxunub

InvestAZ