XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Çingiz Hüseynzadə: “İnanıram ki, Olimpiya Oyunları təmsilçilərimiz üçün uğurlu keçəcək”
İdman 23:12 / 15.07.2024

Bu sözləri Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə "Sea Breeze"də yerləşən "Costa Coffee" məkanında MOK-un təşkilatçılığı, Azərbaycan Olimpiya yığmasının məğrur tərəfdaşı VISA şirkətinin dəstəyi iləParis-2024 Yay Olimpiya Oyunlarında iştirak edəcək olimpiyaçılarımızın yolasalma mərasimi və əyləncəli tədbir zamanı çıxışında deyib.

Parisə böyük komanda ilə yola düşəcəklərini qeyd edən Çingiz Hüseynzadə atletlərimizin Vətənə ən azı 9-10 medalla dönəcəklərərinə inandığını bildirib.

"Olimpidaya 48 nəfər idmançı ilə yollanacağıq. Sevindirici haldır ki, ilk dəfə olaraq Azərbaycan komanda idman növündə də təmsil olunacaq. Paris-2024-də iştirak edəcək bütün idmançılarımıza uğurlar arzulayıram. İnanıram ki, Olimpiya Oyunları təmsilçilərimiz üçün uğurlu keçəcək, medal sayı çox olacaq”, - deyə Çingiz Hüseynzadə bildirib.

İyulun 26-dan avqustun 11-dək keçiriləcək Paris-2024 Yay Olimpiya Oyunlarında Azərbaycan 15 idman növü üzrə 48 idmançı ilə təmsil olunacaq.



25623 oxunub

InvestAZ