XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Yeniyetmə atletlərin ölkə çempionatı başa çatıb
İdman 20:11 / 23.06.2019

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda 2002-2003-cü illər təvəllüdlü yeniyetmələr arasında atletika üzrə Azərbaycan çempionatına yekun vurulub. Gənclər və İdman Nazirliyinin, Azərbaycan Atletika Federasiyası (AAF) ilə birgə təşkil etdiyi turnirdə 120-yə yaxın atlet birincilik uğrunda mübarizə aparıb.
Yarışda paytaxt klublarından başqa Sumqayıt, Gəncə, İsmayıllı, Bərdə və Xızıdan olan atletlər də iştirak ediblər.
Ölkə çempionatının birinci günündə oğlanlar arasında uzunluğa tullanma yarışında Kəsgin Abbaszadə, hündürlüyə tullanmada Aydın Bədəlov və nüvəitələmədə Yusif Nəzərov qalib adını qazanıb. Qızların yarışında isə uzunluğa tullanmada Ülviyyə Cabbarova, nüvəitələmədə isə Günel Hüseynova birinci yerə layiq görülüb.
Oğlanlar arasında qaçış yarışlarında Əli Abdıyev (200 m), Vahid Kərimov (800 m) və Eldar Qurbanlı (3000 m) birinci olub. Qızların mübarizəsində isə Lamiyə Vəliyeva (200 m) və Günel Manafova (800 m) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qaliblər diplom və medallarla təltif olunublar.

41342 oxunub

InvestAZ