XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Piratçılıq müqavilənin yenilənməməsi ilə nəticələndi
İdman 17:49 / 13.02.2019

Qətərin "BeIN Sports” televiziya şəbəkəsi pirat kontentin yayılması ilə bağlı narazılıq səbəbindən Formula 1-lə müqavilənin müddətini uzatmayıb.
Formula 1 ilə Qətər mediaholdinqi arasında qüvvədə olan razılaşmanın müddəti 2018-ci ilin dekabrında başa çatıb.
Buna səbəb "BeoutQ” Yaxın Şərq kanalında Formula 1 yarışlarının pirat yayımı olub. Oyunlar "BeIN Sports” telekanalının şəkli və şərhləri ilə orijinaldan 10 saniyə fərqi ilə translyasiya edilib.
Qeyd etmək yerinə düşər ki, bu, "BeoutQ” telekanalı tərəfindən Səudiyyə hökumətinə məxsus operator vasitəsilə pirat translyasiyaları ilə bağlı artıq ilk hal deyil. Bundan əvvəl "BeoutQ” telekanalı futbol üzrə dünya çempionatı, Çempionlar Liqası, İngiltərə Premyer Liqası və digər idman yarışlarının pirat yayımlarında da ittiham edilib. "BeoutQ” telekanalının sahibləri və sponsorları indiyədək məlum deyil. Ötən ilin iyun ayından Formula 1 Səudiyyə Ərəbistanı şirkətinə qarşı təhqiqat aparır.

33637 oxunub

InvestAZ