XƏBƏR LENTİ
15 Mart 2026
14 Mart 2026
13 Mart 2026
12 Mart 2026
11 Mart 2026
10 Mart 2026
09 Mart 2026
08 Mart 2026



Azərbaycanın BRICS Sports Games Kazan 2024-də bayraqdarı müəyyənləşdi
İdman 12:54 / 12.06.2024

Rusiyanın Kazan şəhərində keçiriləcək "BRICS Sports Games Kazan 2024" beynəlxalq multi-idman oyunlarının açılış mərasimində Azərbaycan nümayəndə heyətinin bayraqdarı məlum olub.

Bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bu gün keçiriləcək açılış mərasimində Azərbaycan bayrağını avarçəkən, "Amber Oars” beynəlxalq reqatasının gümüş və bürünc mükafatçısı, "Prezident Kuboku-2015” beynəlxalq reqatasının qızıl mükafatçısı Ziya Məmmədzadə daşıyacaq.


23565 oxunub

InvestAZ