XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Bəxtiyar Hacıyev: “Hər iki idmançımız böyük əzmkarlıq göstərdi”
İdman 19:49 / 22.06.2019

Samboçularımızın Oyunların ilk günündə iki bürünc medal qazanması bizi çox sevindirir. Düzdür, mən hər iki samboçumuzu qızıl medalçı kimi görmək istəyirdim. Lakin belə bir böyük idman yarışında bürünc medal da qələbə deməkdir.
Bu sözləri "olimpiyadunyasi.com” saytına açıqlamasında sambo üzrə yığma komandamızın baş məşqçisi Bəxtiyar Hacıyev bildirib. 
"Hər iki idmançımız böyük əzmkarlıq göstərdi. Əsas da Mehman Xəlilov. Mehman həlledici görüşdə  ermənistanlı idmançı üzərində qalib gələrək bürünc medala sahib çıxdı. Zala toplaşan azərbaycanlı azarkeşlər hər iki idmançımıza böyük dəstək göstərirdilər. Bu dəstək əsasən, Mehman Xəlilovda çox böyük ruh yüksəkliyi yaratdı. Mehmana ermənistanlı idmançı üzərində qələbədə fiziki hazırlığı ilə yanaşı, dəstək və məsuliyyət çox kömək oldu. Sabah digər samboçularımız da mükafatlar uğrunda mübarizəyə başlayacaqlar. Həmin idmançılarımıza uğurlar arzulayıram. Bizi dəstəkləyən həsr kəsə minnətdarlığımı bildirirəm”, - deyə Bəxtiyar Hacıyev qeyd edib.    



46720 oxunub

InvestAZ