XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Mehman Xəlilov: “Mənim üçün bundan gözəl qələbə ola bilməzdi”
İdman 19:33 / 22.06.2019

Sambo yarışlarında komandamıza ilk medalı qazandırdığım üçün çox sevinirəm. Mənim üçün ən sevindirici məqam isə ermənistanlı idmançı üzərində qalib gələrək medal qazanmağım oldu. Bu sözləri "olimpiyadunyasi.com” saytına açıqlamasında ikinci Avropa Oyunlarının sambo yarışlarının bürünc mükafatçısı Mehman Xəlilov  deyib.
"Bu qələbə mənim yaddaşımda gözəl xatirə olaraq qalacaq. Ermənistanlı idmançı ilə görüşə çox yaxşı hazırlaşmışdım. Çalışırdım ki, özümü tam olaraq qələbəyə kökləyim. Zalda da bizi çox yaxşı dəstəklədilər. Məşqçilərim kənardan mənə deyirdilər ki, çalış vaxtından əvvəl məsələni həll edərək qələbə qazan. Mən də bütün gücümü ortaya qoyub, məşqçilərimin dediyi tapşırıqlara əməl edərək qələbə qazandım. Mənim üçün bundan gözəl qələbə ola bilməzdi. Bu günki qələbəmdə əziyyəti olan hər kəsə minnətdarlığımı bildiririəm. Mən həmçinin qələbəmlə ailəmə də böyük sevinc bəxş etdim. Bilirəm ki, valideynlərim mənim görüşümü böyük həyəcanla gözləyirdilər. Valideynlərimin mənim üzərimdə böyük əziyyəti olub. Bu gün onları sevindirdiyim üçün özümü çox xoşbəxt hiss edirəm, - deyə Mehman Xəlilov bildirib. 


57773 oxunub

InvestAZ