XƏBƏR LENTİ
21 Yanvar 2026
19 Yanvar 2026
18 Yanvar 2026
16 Yanvar 2026
14 Yanvar 2026
13 Yanvar 2026
12 Yanvar 2026
09 Yanvar 2026
08 Yanvar 2026
07 Yanvar 2026



Minsk-2019-da iştirak edən idmançılarımızla görüş - FOTO
Foto 14:21 / 22.06.2019
İyunun 22-də Azərbaycan Respublikası Milli Məclisinin Sədri Oqtay Əsədov, Baş Nazirin birinci müavini Yaqub Eyyubov, Heydər Əliyev Fondunun vitse-prezident Leyla Əliyeva, Gənclər və İdman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin baş katibinin müavini Azər Əliyev və nümayəndə heyətinin digər üzvləri Minsk-2019 II Avropa Oyunlarında iştirak edən milli komandamızın üzvləri ilə görüşüblər.
Atletlər Kəndində keçirilən görüşdə nümayəndə heyətinin üzvləri idmançılarla söhbət edib, onlara II Avropa Oyunlarında uğurlar arzulayıblar.
Sonra Atletlər Kəndində yaradılan vəziyyətlə tanışlıq olub.
Atletlər Kəndinin meri, Belarus Təhsil nazirinin müavini Sergey Rudıy idmançıların yerləşdirilməsi, yaradılmış şərait barədə məlumat verib. O, Oyunların təşkilində azərbaycanlı mütəxəssislərin də xidmətindən istifadə olunduğunu vurğulayıb.
İkinci Avropa Oyunlarının işıqlandırılması üçün Belarus paytaxtına ezam olunan Azərbaycan jurnalistlərinə müsahibə verən Leyla Əliyeva idmançılarımızın Minsk-2019-da uğur qazanacaqlarına ümid etdiyini bildirib. İkinci Avropa Oyunlarının möhtəşəm açılış mərasimi ilə bağlı təəssüratlarını bölüşən Leyla Əliyeva deyib: "Açılış mərasimi əla keçdi. Mərasim təqribən üç saat davam etdi, lakin elə təəssürat yarandı ki, bu, sanki bir anda baş verdi. Belarusun bütün tarixini o qədər böyük sevgi ilə, elə gözəl təqdim etdilər ki, bu tamaşadan göz çəkmək mümkün deyildi. Əlbəttə, düşünürəm ki, bunları görəndən sonra hamı bu ölkəyə daha çox vuruldu”.
Sonda xatirə şəkli çəkdirilib.

65409 oxunub

InvestAZ