XƏBƏR LENTİ
21 İyun 2024
20 İyun 2024
16 İyun 2024
15 İyun 2024
14 İyun 2024
13 İyun 2024
12 İyun 2024
11 İyun 2024
10 İyun 2024



Bakıda güləş üzrə Avropa çempionatının açılış mərasimi keçirilib 
İdman 17:57 / 20.05.2024

Bakıda güləş üzrə U-23 Avropa çempionatının açılış mərasimi keçirilib.

Bakı İdman Sarayındakı tədbirdə Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, Dünya Güləş Birliyinin (UWW) büro üzvü Namiq Əliyev və UWW-nin üzvü Karl Martin Ditman iştirak ediblər.

Mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Sonra çıxış edən Namiq Əliyev bir ay əvvəl Bakıda Avropa Olimpiya Təsnifat turnirinin uğurla təşkil edildiyini xatırladıb: "Bakıdakı Avropa Olimpiya Təsnifat turnirindən sonra İstanbuldakı lisenziya yarışında uğurla mübarizə apardıq. U-23 Avropa çempionatı da bizim üçün əhəmiyyətli yarışdır. Qonaqları salamlayıram, idmançılara uğurlar arzulayıram. İnanıram ki, bir həftə ərzində maraqlı qarşılaşmalar izləyəcəyik”.

Karl Martin Ditman isə Bakıda təşkil olunan qitə çempionatının açılış mərasimində iştirak etdiyi üçün məmnunluq hissi keçirdiyini ifadə edib. O, yarışa ev sahibliyi etdiyi üçün Azərbaycana minnətdarlığını bildirib.

Karl Martin Ditmanın Namiq Əliyevə plaket təqdim etməsindən sonra açılış mərasimi bədii hissə ilə davam edib.

Qeyd edək ki, Avropa çempionatına mayın 26-da yekun vurulacaq.


2544 oxunub

InvestAZ