XƏBƏR LENTİ
18 Oktyabr 2025
17 Oktyabr 2025
16 Oktyabr 2025
15 Oktyabr 2025
14 Oktyabr 2025



Həndbol millimiz Mərkəzi Asiyanın Açıq Çempionatında mübarizəyə başlayır
İdman 11:18 / 16.05.2024

Özbəkistanın paytaxtı Daşkənddə həndbol üzrə Mərkəzi Asiyanın Açıq Çempionatına start veriləcək.Mayın 21-dək davam edəcək yarışda 9 komanda qalib adı uğrunda mübarizə aparacaq. Turnirdə yığmamızla yanaşı, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan təmsilçiləri mükafatlar uğurunda yarışacaq. Millimiz Qazaxıstanın ALMATA REGİON, Özbəkistanın ROPSTTM və OKMK klubları ilə birgə A qrupunda yer alıb. Komandamız bu gün turnirdəilk matçını keçirəcək. Təmsilçimiz saat 10:30-da yerli OKMK klubu ilə qarşılaşacaq.

Qeyd edək ki, qrup mərhələsində ilk iki yeri tutan komandalar yarımfinala vəsiqə qazanacaq.


16721 oxunub

InvestAZ