XƏBƏR LENTİ
04 Fevral 2026
03 Fevral 2026
02 Fevral 2026
29 Yanvar 2026
28 Yanvar 2026
27 Yanvar 2026



Yeddiqat dünya çempionu məşhur filmdə yer alacaq
İdman 17:43 / 13.05.2024

Formula 1 üzrə yeddiqat dünya çempionu, "Mersedes” komandasının pilotu Lyuis Hemilton filmdə debüt edir.

39 yaşlı yarış sürücüsü Cozef Kosinskinin rejissoru olduğu və Bred Pittin baş rolda çəkildiyi "Apogee” filmində rol alacaq. Filmin nümayiş tarixi hələ məlum deyil. Pitt filmdə gənc sürücüyə idarəçilik edən keçmiş Formula 1 sürücüsünü canlandıracaq. Rollarda həmçinin Xavier Bardem, Damson İdris, Kerri Kondon, Tobias Menziys və Sara Nayls çəkiliblər. Qeyd olunur ki, filmin büdcəsi artıq 300 milyon dolları keçib. «Apogee” bununla da tarixin ən bahalı 12-ci filminə çevrilib. Siyahıda rekord "Ulduz müharibələri: Güc oyanır” filminə (447 milyon dollar) məxsusdur.



19345 oxunub

InvestAZ