XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Argentina Paraqvayla da bacarmadı
İdman 12:46 / 20.06.2019


İyunun 20-də futbol üzrə Amerika kubokunda növbəti oyunlar keçirilib.
"B” qrupunda yer alan Argentina milli komandası Paraqvay seçməsi ilə qarşılaşıb. Görüş 1:1 hesabı ilə başa çatıb. Bununla da Argentina qrupda ikinci oyununda da xal itirib.
Qrupun digər oyununda Kolumbiya və Qətər milliləri üz-üzə gəlib. Matç Kolumbiyanın minimal hesablı qələbəsi ilə yekunlaşıb – 1:0. Oyunda yeganə qolu 85-ci dəqiqədə Duvan Zapata Qətər millisinin qapısından keçirib.
Beləliklə, iki oyundan sonra Kolumbiya millisi 6 xalla qrupa başçılıq edir. Paraqvay 2 xalla ikinci pillədə qərarlaşıb. Hesabında 1 xal olan Argentina isə qrup sonuncusudur.

32967 oxunub

InvestAZ