XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Bakı-2019 diplomatik brifinqə ev sahibliyi edib
İdman 18:31 / 19.06.2019


İyunun 19-da Bakı-2019 Avropa Gənclər Olimpiya Festivalının Əməliyyat Komitəsinin və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin birgə əməkdaşlığı şəraitində Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri üçün brifinq təşkil edilib.
Tədbirdə 36 ölkədən 40-a yaxın nümayəndə iştirak edib. Əməliyyat Komitəsinin nümayəndələri Bakı-2019 Avropa Gənclər Olimpiya Festivalına hazırlıqla bağlı görülmüş işlər haqqında məlumat verib, protokol, təhlükəsizlik və akkreditasiya sahələrinə dair yeniliklər barədə diplomatik korpusun nümayəndələri qarşısında təqdimatlarla çıxış ediblər.
Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov çıxışında bildirib: "Biz, sadəcə, idmanımızın inkişafı ilə deyil, eyni zamanda, ölkəmizdə keçirilən mötəbər idman tədbirlərinin möhtəşəmliyi ilə də qürur duyuruq. Əbəs yerə Azərbaycan dünyada idman ölkəsi kimi tanınmır. Sayca on beşinci dəfə keçiriləcək Avropa Gənclər Olimpiya Festivalı gənc idmançıların dostluq və həmrəylik bayramıdır. Ümid edirik ki, qarşıdan gələn festivalın da yüksək səviyyədə təşkili idmançılarımız arasında dostluq münasibətlərini daha da möhkəmləndirəcək".
Sonra Xarici İşlər Nazirliyinin Dövlət Protokol İdarəsinin rəhbəri Pərvin Mirzəzadə çıxış edib.
Xatırladaq ki, Avropa Gənclər Olimpiya Festivalı iyulun 21-27-də Bakıda keçiriləcək. Yarışlarda iştirak etmək üçün Azərbaycana 3600-dən çox idmançı və texniki nümayəndə gələcək. Atletlər idmanın on növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.

33675 oxunub

InvestAZ