XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Qadın sablyaçılarımız şəxsi yarışlarda çıxışlarını başa vurublar
İdman 17:59 / 19.06.2019


Almaniyanın Düsseldorf şəhərində Avropa çempionatına start verilib. Qitə çempionatının ilk günündə qadın sablyaçıların şəxsi yarışında yığma komandamızın üzvlərindən Səbinə Kərimova, Sevil Bünyatova, Anna Başta və Valeriya Bolşakova mübarizə aparıb. Qrup mərhələsində keçirdiyi 5 görüşdən 1-də qalib gələn Səbinə Kərimova və bu mərhələni qələbəsiz bitirən Sevil Bünyatova pley-offa vəsiqə qazana bilməyib. Qrup mərhələsini 5 qələbə ilə başa vurmaqla mütləq nəticəyə imza atan Valeriya Bolşakova isə birbaşa onaltıdabir final mərhələsinə yüksəlib. Bolşakova bu mərhələdə Yunanıstan təmsilçisi Teodora Gkountouraya 4:15 hesabı ilə uduzub. Qrupda keçirdiyi 5 görüşdən 4-də qalib gələn Anna Başta 1/32 finalda Türkiyə idmançısı Unludağ Deniz Selin üzərində 15:5 hesablı qələbə qazanıb. Anna onaltıdabir finalda ukraynalı Alina Komaşçuka 10:15 hesabı ilə məğlub olub.

36467 oxunub

InvestAZ