XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



İki idmançımız dünya çempionu oldu
İdman 10:23 / 19.06.2019


Tunisin Hammamet şəhərində savat (Fransa boksu) döyüş növü üzrə dünya çempionatına yekun vurulub.
Kombat versiyası üzrə keçirilən mundiala 54 ölkədən 450 idmançı qatılıb.
Azərbaycan Şaolin və Savat Döyüş Sənətləri Federasiyasının prezidenti və millinin böyük məşqçisi Rafiq Əliyevin rəhbərliyi altında çempionatda ölkəmiz 3 idmançı ilə təmsil olunub. Bu növ üzrə milli komandamızın ilk dünya çempionatı olmasına baxmayaraq yığmamız uğurlu nəticəyə imza atıb.
Həmyerlilərimizdən Nurlan Qədimov (70 kq) və Tural Bayramov (85 kq) bütün rəqiblərini məğlub edərək dünya çempionu olublar. Hər iki idmançımız qalib olmaqla yanaşı, avqust ayında Cənubi Koreyada keçiriləcək döyüş növləri üzrə dünya oyunları və noyabr ayında Fransada keçiriləcək qala döyüşlərinə vəsiqə qazanıblar. Digər idmançımız Bəhruz Çıraqov isə (75 kq) üçüncü yeri tutub.

33273 oxunub

InvestAZ