XƏBƏR LENTİ
02 Fevral 2026
29 Yanvar 2026
28 Yanvar 2026
27 Yanvar 2026
23 Yanvar 2026
22 Yanvar 2026
21 Yanvar 2026
19 Yanvar 2026
18 Yanvar 2026
16 Yanvar 2026



Cüdoçularımız Avropa çempionatında iştirak edəcəklər
İdman 15:39 / 02.04.2024

Aprelin 25-27-də Xorvatiyanın paytaxtı Zaqrebdə cüdo üzrə böyüklər arasında Avropa çempionatı keçiriləcək.

Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, komandamız yarışda qadınlar və kişilər arasında 9 çəki dərəsində 13 cüdoçu ilə təmsil olunacaq. Cüdoçularımız qitə çempionatında böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elçin İsmayılov və Slavko Tekiç, qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədovun rəhbərliyi altında çıxış edəcək. Komandamız qadınların yarışında Leyla Əliyeva (-48 kq), Gültac Məmmədəliyeva, Aydan Vəliyeva (hər ikisi -52 kq) və Acelya Toprakla (-57 kq) təmsil olunacaq.

Kişilərin mübarizəsində isə Balabəy Ağayev, Turan Bayramov (-60 kq), Yaşar Nəcəfov (-66 kq), Hidayət Heydərov, Rəşid Məmmədəliyev ( hər ikisi -73 kq), Zelim Tçkayev (-81 kq), Murad Fətiyev, Elcan Hacıyev (hər ikisi-90 kq) və Zelim Kotsoyev (-100 kq) tatami üzərinə çıxacaq.

Xatırladaq ki, kişilərdən və qadınlardan ibarət milli komandanın cüdoçuları Avropa çempionatına hazırlıq məqsədilə Avstriya, Rusiya, Portuqaliya, Fransa, İspaniya, Çexiya, Özbəkistan, Yaponiya, Türkiyədə və dəfələrlə yerli təlim-məşq toplanışlarında iştirak ediblər.




17026 oxunub

InvestAZ