XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Formula 1 pilotunun xatirəsinə futbol matçı keçiriləcək
İdman 20:36 / 14.06.2019


İyunun 19-da "Formula 1"in sabiq pilotu Jül Byankinin xatirəsinə həsr olunmuş xeyriyyə matçı keçiriləcək.

Futbol qarşılaşmasına "Ferrari" pilotu Şarl Lekler və "Toro Rosso" sürücüsü Pyer Qasli qatılacaq. Təşkilatçılar keçmiş sürücülər Olivye Panis və Felipe Massanı da dəvət etməyi nəzərdə tutublar. Matçda Fransa millisinin sabiq qapıçısı Fabyen Bartez və digər məşhur idmançıların iştirakı gözlənilir.

Yığılan vəsaitlə Nitsa şəhərindəki Arşe hospitalında serebral iflicdən müalicə olunan xəstələrə yardım olunacaq.

Qeyd edək ki, Jül Byanki "Ferrari" sisteminin pilotu kimi "Marusya" komandasında çıxış edib. 2014-cü ildə o, Yaponiya Qran-prisində qəzaya düşüb. Bir müddət durumu kritik olan Byanki süni koma vəziyyətində də qalıb. Lakin 17 iyul 2015-ci ildə o, Nitsa hospitalında keçinib. Fransalı pilot​ "Formula 1" yarışlarında son 21 ildə qəza nəticəsində ölən yeganə pilotdur.​


35528 oxunub

InvestAZ