XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Milli komandamız 2 pillə gerilədi
İdman 11:32 / 14.06.2019

FIFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb. Siyahıda Azərbaycan yığması 1188 xalla 110-cu yerdə qərarlaşıb. Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv daha öncə açıqlanan reytinqlə müqayisədə iki pillə geriləyib. Buna səbəb millinin "Avro 2020”in son mərhələsinin oyunlarında Macarıstana 1:3, Slovakiyaya isə 1:5 hesabı ilə məğlub olmasıdır.
Komandanın seçmə mərhələdəki rəqiblərindən Xorvatiya bir pillə geriləyib və 1625 xalla 6-cı pillədə qərarlaşıb. 1514 xalı olan və 4 pillə geriləyən Uels isə 1514 xalla 23-cü olub. Son iki oyunda qələbə qazanan Macarıstan 9 pillə irəliləyərək 42-ci yerə çıxıb. Slovakiya isə bir pillə irəliləyib və hazırda 1491 xalla 31-cidir.
Siyahıda ilk üç pillənin sahibi dəyişməyib. Belçika (1746) birinci, Fransa (1718) ikinci, Braziliya (1681) isə üçüncü yerdədir. Türkiyə yığması (1467) isə 2 pillə irəliləyərək 37-ci yeri tutub.


35416 oxunub

InvestAZ