XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



19 yaşlı futbolçuya görə
İdman 11:29 / 13.02.2019


Almaniyanın "Borussiya" (Dortmund) klubunun Çempionlar Liqası üçün İngiltərənin paytaxtı Londona səfəri nəzərdə tutulan vaxtda reallaşmayıb.

Dortmund təmsilçisinin 1/8 final mərhələsinin ilk oyununda "Tottenhem"lə matç üçün səfəri futbolçusuna görə gecikib.

Komandanın gənc oyunçusu Ceydon Sanço pasportu olmadan hava limanına gedib. 19 yaşlı ingiltərəli hücumçu sənəd üçün evə qayıtmağa məcbur olub. Uçuşun, təxminən, yarım saat gecikdiyi bildirilib.

Qeyd edək ki, "Tottenhem" - "Borussiya" matçı fevralın 13-də Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Komandalar arasındakı cavab oyunu isə martın 5-də olacaq.


31548 oxunub

InvestAZ