XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



“Şən startlar” yarışında 70-dək uşaq fiziki bacarıqlarını nümayiş etdirib
İdman 13:07 / 12.06.2019


Qax Olimpiya İdman Kompleksində keçirilən "Şən startlar” yarışında rayonda fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında təlim-tərbiyə alan 70-dək uşaq öz fiziki bacarıqlarını nümayiş etdirib.
Rayon Təhsil Şöbəsi, Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən yarış erkən yaşlarından uşaqlarda cəldlik, çeviklik və dözümlülük vərdişlərini formalaşdırmaq, onların bədən tərbiyəsi və idmana marağını artırmaq məqsədi daşıyır.
Yeddi komandanın iştirak etdiyi yarışda şəhərdəki 5, 4 və 6 nömrəli uşaq bağçalarının komandaları müvafiq olaraq ilk üç yeri tutublar. Qalib komandaların üzvləri diplom və hədiyyələrlə mükafatlandırılıblar.



37747 oxunub

InvestAZ