XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Boks birinciliyi başa çatdı
İdman 10:40 / 13.02.2019


Şağan Olimpiya İdman Kompleksində 2003-2004-cü il təvəllüdlü boksçular arasında "Təhsil" Respublika İdman Mərkəzinin (RİM) açıq birinciliyi keçirilib.
Birincilikdə nazirlik sistemində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərindən, idman klublarından 25 komanda olmaqla 182 idmançı mübarizə aparıb.
On dörd çəki dərəcəsi üzrə keçirilən yarışlarda komanda hesabında I yerə "Təhsil" RİM-in 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin, II yerə Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin, III yerə Astara rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin komandası layiq görülüb.
Qaliblər kubok, medal və diplomlarla təltif ediliblər.
Birinciliyin keçirilməsində məqsəd "Təhsil" Respublika İdman Mərkəzinin müvafiq yaş qrupu üzrə yığma komandasının formalaşdırılması, uşaq və yeniyetmələr arasında boks idman növünün təbliği və idmançılar arasında dostluq əlaqələrinin gücləndirilməsindən ibarət olub.

31307 oxunub

InvestAZ