XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Buffon “Barselona”ya keçə bilər
İdman 16:00 / 07.06.2019
 
İtaliyalı qapıçı Canluici Buffonun İspaniyanın "Barselona” komandasının oyunçusu olmaq ehtimalı var. Bu barədə italiyalı jurnalist Canluki di Marsionun rəsmi saytında bildirilir.
Fransanın "PSJ” klubu 41 yaşlı qapıçı ilə müqavilənin müddətini uzatmayacağını elan edib. Hərçənd, hər iki tərəfin razılığı olduğu halda bu müqavilənin müddətini daha bir il uzatmaq mümkün idi. Buffon ilə razılaşmanın müddəti iyunun 30-da bitir. Qapıçı parislilərlə keçirdiyi 25 oyunda qapısından 25 top buraxıb.
Bildirilir ki, "Barselona” bu təcrübəli qolkiperi ehtiyat qapıçı qismində götürmək niyyətindədir. Daha əvvəl Türkiyənin "Fənərbağça” və İtaliyanın "Breşiya” klubları Buffonla müqavilə bağlamaq arzularını bildirib. Qapıçının karyerasını Almaniyada və Çində davam etdirmək variantı da var. Braziliyanın "Fluminense” klubu isə ona klub prezidenti postunu təklif edib.
Buffon "Yuventus”un tərkibində dörd dəfə İtaliya Kubokunun, beş dəfə İtaliya Superkubokunun və doqquz dəfə İtaliya çempionatının qalibi olub. Qolkiper, həmçinin İtaliya yığmasının tərkibində 2006-cı ildə dünya çempionu adını qazanıb. 2018-ci ildə "PSJ”-yə keçən Buffon bu komandanın Fransa Superkubokunu və ölkə çempionu titullarını qazanmasına kömək edib.

36689 oxunub

InvestAZ