XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Bakı Olimpiya Stadionu Elit Stadionlar siyahısında yer aldı
İdman 16:45 / 05.06.2019

2015-ci ildən fəaliyyətə başlayan və hər il azı bir beynəlxalq turnirə ev sahibliyi edən Bakı Olimpiya Stadionu UEFA tərəfindən mükafatlandırılıb.
Bakı Olimpiya Stadionu aralarında "Allianz Arena”, "Aviva Stadium”, "Kamp Nou” və "Santiago Bernabeu” kimi dünyaca məşhur stadionlar olan UEFA-nın Elit Stadionları siyahısına daxil edilib.
Xatırladaq ki, Avropanın ikinci ən nüfuzlu klub turniri olan UEFA Avropa Liqasının final qarşılaşması mayın 29-da Bakı Olimpiya Stadionunda keçirilib. AFFA-nın və Yerli Əməliyyat Komitəsinin əməkdaşlarının peşəkar təşkilatçılığı, hüquq-mühafizə orqanlarımızın yüksək təhlükəsizlik tədbirləri, KİV nümayəndələrinin media işi, könüllülərimizin tamaşaçı xidmətləri və stadionu dolduran azarkeşlərin dəstəyi nəticəsində Bakı mötəbər idman tədbirlərinə ev sahibliyi etməyə daim hazır olduğunu bir daha sübut etdi.
Bakı Olimpiya Stadionu gələn il UEFA-nın 60 illiyi münasibəti ilə ilk dəfə olaraq 12 müxtəlif stadionda keçiriləcək "Avro 2020"nin əsas stadionlarından biridir. Burada üç qrup matçı və bir 14 final qarşılaşması oynanılacaq.

36564 oxunub

InvestAZ