XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Ən güclü sablyaçılar müəyyənləşdi
İdman 12:55 / 04.06.2019


Azərbaycan Texniki Universitetinin İdman Sarayında keçirilən qılıncoynatma üzrə Azərbaycan çempionatına yekun vurulub. Azərbaycan Qılıncoynatma Federasiyası (AQF) ilə Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutan yarışın ikinci günündə kişi və qadın sablyaçılar arasında qaliblərin adlarına aydınlıq gəlib.

Kişilər arasında Cavanşir Ağakişiyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Elvin Rzazadə ikinci olub. Murad Ələkbərov və Saleh Məmmədov isə bürünc medalla kifayətləniblər.

Qadınlar arasında Vareriya Bolşakova Azərbaycan çempionu olub. Səbinə Kərimova fəxri kürünün ikinci pilləsində qərarlaşıb. Sevil Bünyatova və Anna Başta isə bürünc medal qazanıblar.

Mükafatçılar diplom və medallarla təltif olunublar. Bundan əlavə ilk 3 yerin sahiblərinə AQF tərəfindən pul mükafatları da təqdim olunub.


39276 oxunub

InvestAZ