XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Argentinalı ulduz futbolla vidalaşır
İdman 18:29 / 12.02.2019



Futbol dünyası daha bir ulduzla vidalaşır. Söhbət argentinalı futbolçu Karlos Tevesdən gedir. 34 yaşlı hücumçu bildirib ki, qarışdakı mövsümdən sonra o böyük futbolu tərk edəcək. «Futbolu «Boka Xuniyors» forması ilə tərk etməyi düşünürəm. Bu klubdan sonra heç bir yerdə qərarımı dəyişməyəcəyəm. Dünyanın ən yaxşı klublarında çıxış etmişəm. Lakin «Boka» kimi ikinci bir doğma klub tanımıram», - deyə Tevez bildirib.
Qeyd edək ki, «Boka Xuniyors»dan əvvəl Karlos Tevez «Mançester Yunayted», «Mançester Siti», «Yuventus» və «Şanxay Şenhua» klublarının şərəfini qoruyub.

31931 oxunub

InvestAZ