XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Bakı finalında rekord təkrarlandı
İdman 14:34 / 30.05.2019


Avropa Liqasının hazırda Bakıda keçirilən final matçında rekord təkrarlanıb. "Çelsi” ilə "Arsenal”ın heyətində ilk 11-likdə 15 millətin nümayəndəsi meydana çıxıb. Bu, daha əvvəlki iki finalda qeydə alınan rekordun
təkrarıdır. 2010-cu ildə "Atletiko” – "Fulhem” və 2017-ci ildə keçirilən "Ayaks” – "Mançester Yunayted” oyunlarında meydana start heyətində 15 millətin nümayəndəsi çıxmışdı.
Qeyd edək ki, iki İngiltərə klubunun qarşılaşmasında ilk 11-likdə meydana çıxan yeganə ingilis futbolçu "Arsenal”ın üzvü Ensli Meytlend-Naylzdır.


35220 oxunub

InvestAZ