XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Unay Emeri: “Futbolçularımız əllərindən gələni etdilər”
İdman 12:55 / 30.05.2019


"Arsenal" klubunun baş məşqçisi Unay Emeri Avropa Liqasının Bakıda "Çelsi" ilə keçirilən final (1:4) oyunundan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

- Finalda məğlub olmaq normaldır. Ancaq 1:4 hesabı ilə uduzmaq komandanın mental problemlərinin göstəricisidir.

- Bəli, amma rəqibin yaxşı futbolçuları var. Bilirdik ki, çətin olacaq. Azarkeşlərə demək istəyirəm ki, yolun başlanğıcındayıq. Hədəfimizə yaxın idik. Xüsusilə də Premyer Liqada. Bəzi hədəflərimizə çatsaq da, məyusuq. Ancaq müəyyən mənada irəli addım atdıq.

- Çempionlar Liqasına vəsiqə şansınızı itirdiniz. Bu, sizin transfer siyasətinizə mənfi təsir edə bilər? - "Arsenal” böyük klubdur. Bir çox futbolçu burada oynamaq istəyir. Biz komanda kimi rəqabətə davamlı olmağa çalışırdıq. Hələlik hədəfimizə tam çata bilməmişik. Ancaq bu fikir bizdə qalır. Klub işləyir, inkişaf etməyə çalışır. Heyətimizdə kifayət qədər gənc oyunçular var. Bu final onların ilk təcrübəsi idi. Düşünürəm ki, onların gələcəyi daha yaxşı olacaq.

- Bir neçə oyuçunun "Arsenal"la müqaviləsi başa çatır. Onların taleyi necə olacaq? - Bu barədə danışmağın mənası yoxdur. Biz əvvəlcə futbolçularla söhbət etəməliyik. Ötən mövsüm komandaya gələn gənc oyunçularla yola davam etməliyik. İşimizlə fəxr edirəm. Hədəfimizə çatmaq üçün futbolçularımız əllərindən gələni etdilər. Məncə, komanda bu heyətlə daha yaxşı ola bilər.

- Növbəti addımı atmaq üçün "Arsenal”da nələr dəyişilməlidir? - Bizim yaxşı futbolçularımız var. Onlar təcrübəlidirlər. Ona görə də ötən mövsümlə müqayisədə daha yaxşı çıxış etdilər. Bəlkə də yeni futbolçular da aldıq.


33328 oxunub

InvestAZ