XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



“Moscow saber” Qran-Prisi başa çatıb
İdman 14:05 / 28.05.2019


Rusiya paytaxtında keçirilən sablya üzrə "Moscow saber” Qran-Pri yarışına yekun vurulub.
Şəxsi xarakter daşıyan turnirdə qadınlardan ibarət sablya üzrə yığma komandamızın üzvləri də iştirak ediblər.
Sablyaçılarımızdan ən yaxşı nəticəni Səbinə Kərimova göstərib. Qrup mərhələsində keçirdiyi altı görüşdən beşini qələbə ilə başa vuran S.Kərimova pley-offda ilk görüşdə ABŞ idmançısı Xloe Foks-Gitomerə 15:11 hesabı ilə qalib gəlib. Sablyaçımız daha sonra Çin təmsilçisi Henqyu Yanqı 15:13 hesabı ilə məğlub edib. S.Kərimova onaltıdabir finalda çinli Ciauri Qiana 9:15 hesabı ilə uduzub.
Anna Başta da qrupdakı altı qarşılaşmadan beşində qalib gələrək pley-offa yüksəlib. Bu mərhələdə yaponiyalı Marino Kimuranı 15:7 hesabı ilə üstələyən idmançımız 1/32 finalda italiyalı Arianna Erriqoya 7:15 hesabı ilə məğlub olub.
Qrup mərhələsini dörd qələbə ilə başa vuran Valeriya Bolşakova isə pley-offda Koreya Respublikası təmsilçisi Yesol Yanqa 15:7 hesabı ilə qalib gəlib. Lakin o, növbəti mərhələdə ispaniyalı Laia Vila 10:15 hesabı ilə uduzub.
Sevil Bünyatova isə qrupda keçirdiyi altı görüşün ikisində qalib gələrək mübarizəni erkən dayandırıb.

33742 oxunub

InvestAZ