XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Milli Parkda azarkeş festivalı
İdman 10:16 / 28.05.2019


UEFA Avropa Liqasının final qarşılaşmasının Bakıda keçirilməsi ilə əlaqədar reallaşdırılan silsilə tədbirlər çərçivəsində Dənizkənarı Milli Parkda təşkil olunan azarkeş festivalı davam edir.
Festivala böyük maraq göstərən şəhər ictimaiyyətinin nümayəndələri, futbol həvəskarları UEFA Avropa Liqasının kuboku ilə və tanınmış personajlarla şəkillər çəkdiriblər. Azərbaycanın ən yaxşı DJ-ləri, musiqi qrupları və incəsənət ustaları rəngarəng çıxışları ilə festival iştirakçılarına xoş anlar yaşadıblar.
Festival iştirakçıları, həmçinin müxtəlif futbol məşğələlərində və maraqlı "Virtual reallıq zonası”nda futbol bacarıqlarını sınaqdan keçirib, müxtəlif mükafatlar və UEFA Avropa Liqasının əyləncəli suvenirlərini əldə etmək şansı qazanıblar. Uşaq zonasında balacalar müxtəlif attraksionlarda əylənib, futbol məşqləri ediblər.
Xatırladaq ki, UEFA Avropa Liqasının mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final qarşılaşmasında Londonun "Arsenal” və "Çelsi” komandaları üz-üzə gələcəklər. Oyun saat 23:00-da başlayacaq.


33340 oxunub

InvestAZ