XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Komandamız Avropa çempionatına hazırlaşır
İdman 16:47 / 24.05.2019

Azərbaycan Yelkənli İdman Federasiyasının "Optimist” sinfi üzrə yelkənçilərdən ibarət komandası Fransada keçiriləcək Avropa çempionatına hazırlığı davam etdirir.
Yelkənçilər mayın sonunadək İzmirdə təlim-məşq toplanışında olacaqlar. Hazırlıq məşqlərində Yunanıstan, Malta, Bolqarıstan və Türkiyədən olan yelkənçilər də iştirak edəcəklər. Məşqlərə beynəlxalq və dünya yelkəni üzrə məşqçi Vagelis Atzemian rəhbərlik edəcək. Təlim–məşq düşərgəsində Azərbaycanı "Optimist” sinfi üzrə yelkənçilər Kristina Kərimova, Fidan Ağazadə, Səxavət Əzimov, Murad Hacızadə, Timur Skaçevski, "Optimist” sinfi üzrə baş məşqçi Seyhun Yıldız təmsil edəcəklər.
Beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil edən yelkənçilərimiz dəfələrlə xaricdə təşkil olunan təlim–məşq düşərgələrinə qatılıblar. Təlim–məşq düşərgələrində iştirakın əsas məqsədi idmançılarımızın beynəlxalq yarışlara hazırlıqlarının təkmilləşdirilməsi, onların taktiki biliklərinin və müxtəlif hava şəraitində təcrübələrinin artırılmasıdır. Hazırda Azərbaycan Yelkənli İdman Federasiyasında "Optimist” və "Laser” sinifləri üzrə iki komanda formalaşıb. Bu siniflər üzrə xaricdən dəvət edilən iki baş məşqçi fəaliyyət göstərir. Komandaların məşqləri məhz xaricdən dəvət edilən idman menecerlərinin, yüksək göstəricilərə malik mütəxəssislərin köməyi ilə keçirilir.
Aktiv bazası 2014–cü ildən fəaliyyətə başlayan Azərbaycan Yelkənli İdman Federasiyasının əsas məqsədi maddi-texniki bazanı gücləndirmək, məşqçi korpusunu formalaşdırmaq, Təhsil Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində "Optimist” sinfi üzrə 7-14 yaşlı uşaqları, "Laser” sinfi üzrə isə 14 yaşdan yuxarı yeniyetmələri idmanın bu növünə cəlb etməkdir.

32947 oxunub

InvestAZ