XƏBƏR LENTİ
02 Noyabr 2025
31 Oktyabr 2025
30 Oktyabr 2025
29 Oktyabr 2025
28 Oktyabr 2025
27 Oktyabr 2025
24 Oktyabr 2025
23 Oktyabr 2025
22 Oktyabr 2025



Fərid Qayıbov Türkiyənin gənclər və idman nazirinin müavinini qəbul edib
İdman 11:10 / 03.10.2023

Gənclər və idman naziri Fərid Qayıbov Türkiyə Respublikası gənclər və idman nazirinin müavini Enes Eminoğlunu qəbul edib.

Nazirliyin mətbuat xidmətindənverilən məlumata görə, qonağı salamlayan nazir iki qardaş ölkə arasında bütün sahələrdə olduğu kimi, gənclər və idman sahələrində də əlaqələrin yüksək səviyyədə olduğunu və günbəgün daha da inkişaf etdiyini qeyd edib.

Son illərdə Azərbaycanda gənclər sahəsində görülən işlər və qazanılan uğurlar barədə qonaqlara məlumat verən nazir ölkələr arasında əlaqələrin inkişafında gənclərin rolunun önəmli olduğunu qeyd edib.

Görüşdə Azərbaycanla Türkiyə arasında gənclər və idman sahələrində əməkdaşlığın gələcək perspektivləri müzakirə edilib.

Qəbulda gənclər və idman nazirinin müavini Mariana Vasileva və Türkiyə Böyük Millət Məclisinin üzvü Rümeysa Kadak da iştirak ediblər.



19255 oxunub

InvestAZ