SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

Mahir Məmmədov Enes Efendioğlu ilə şahmat sahəsində əməkdaşlığı müzakirə edib

Mahir Məmmədov Enes Efendioğlu ilə şahmat sahəsində əməkdaşlığı müzakirə edib

İdman

Bugün, 11:59

Özbəkistanda təşkil olunan Ümumdünya Şahmat Olimpiadası günlərində Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov və Türkiyə Şahmat Federasiyasının yeni seçilən prezidenti Enes Efendioğlu arasında görüş keçirilib.

Bu barədə Olimpiyadunyasi.com-a Azərbaycan Şahmat Federasiyasından bildirilib.

Görüşdə iki qardaş ölkə arasında şahmat sahəsində əməkdaşlığın yeni mərhələsi, birgə turnirlərin təşkili, gənc şahmatçıların hazırlığı və qarşılıqlı təcrübə mübadiləsi müzakirə olunub.

Görüşün sonunda Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov Türkiyə Şahmat Federasiyasının prezidenti Enes Efendioğluya xatirə hədiyyəsini təqdim edib.

Dİgər xəbərlər