SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

Çempionlar Liqası: "Birbaşa Bakı" və "Zirə" 1/8 finaldan mübarizəyə başlayır

Çempionlar Liqası: \"Birbaşa Bakı\" və \"Zirə\" 1/8 finaldan mübarizəyə başlayır

İdman

Bugün, 10:54

"Birbaşa Bakı" və "Zirə" komandaları İspaniyanın Kambrils şəhərində təşkil olunan minifutbol üzrə Çempionlar Liqasında bu gün 1/8 final mərhələsində mübarizəyə başlayacaqlar. 

"Birbaşa Bakı" İngiltərənin "Bukovina Badeuti" komandası ilə üz-üzə gələcək. 

Qarşılaşma Bakı vaxtı ilə saat 14:45-də start götürəcək. 

"Zirə" isə Monteneqro təmsilçisi "Sbbet"lə görüşcək. Bu görüş isə saat 16:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycanı Çempionlar Liqasında təmsil edən digər komanda "Aznur" qrup mərhələsini keçə bilməyərək mübarizəni dayandırıb.

Dİgər xəbərlər