SON XƏBƏRLƏR
-
26.09.2026, 18:26
GündəmPrezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar
-
26.09.2026, 16:40
GündəmPrezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb
-
26.09.2026, 16:22
GündəmPrezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb
-
25.09.2026, 14:54
İdmanAzərbaycan İdman Akademiyası “UI GreenMetric 2026” reytinqində irəliləyib
-
25.09.2026, 14:18
İdmanFərid Qayıbov Fidel İlli və Leonard Lulay arasında əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb
-
25.09.2026, 14:01
İdmanAfinada ikili uğur: Zülfüqar Süleymanov dünya çempionu oldu, həm də “Ən güclü idmançı” nominasiyasında qaliblər sırasında yer aldı
-
25.09.2026, 11:54
İdmanMəşqçilər üçün seminara yekun vurulub
-
25.09.2026, 11:39
İdmanŞahmat hakimimiz FİDE-nin xüsusi mükafatına layiq görülüb
-
25.09.2026, 11:14
İdmanYaponiyalı üzgüçü dünya rekordunu yeniləyib
-
25.09.2026, 10:54
İdmanÇempionlar Liqası: "Birbaşa Bakı" və "Zirə" 1/8 finaldan mübarizəyə başlayır
-
25.09.2026, 10:46
İdman"Formula 1" üzrə Azərbaycan Qran-prisinin yubiley yarışında autizmli gənclər üçün Paddok turu keçirilib
-
25.09.2026, 10:39
İdmanSumqayıt şəhər stadionunda rəhbər dəyişikliyi olub
-
25.09.2026, 10:18
MOKAzərbaycan şahmatçıları Olimpiadada Ermənistan və Çexiya ilə qarşılaşacaqlar
-
25.09.2026, 10:01
İdmanFormula 2: Sprint yarışında zəncirvari qəza
-
25.09.2026, 09:56
İdmanFormula 2-də sprint yarışının qalibi mükafatlandırılıb
-
25.09.2026, 09:46
İdmanFormula 2: İsveçli pilot sprint yarışının qalibi oldu
-
25.09.2026, 08:02
İdmanBakıda Formula 1 Azərbaycan Qran-Prisinin ikinci gününə start verilir
-
24.09.2026, 22:36
İdmanAzərbaycan boksçusu Avropa çempionu olub
-
24.09.2026, 19:29
İdmanTürkdilli Ölkələrin Şahmat Assosiasiyasına üzv dövlətlər silsilə layihələrə start verir
-
24.09.2026, 17:48
İdmanÇimərlik güləşi üzrə millimiz Dünya Seriyasının final mərhələsində mübarizə aparacaq
-
24.09.2026, 15:08
İdmanBoks millimiz Avropa çempionatında rekord nəticəyə imza atıb
-
24.09.2026, 14:45
İdmanDeflimpiyaçımızdan Avropa çempionatında tarixi nəticə
-
24.09.2026, 14:34
İdmanParacüdo üzrə millimiz dünya çempionatında mübarizə aparacaq
-
24.09.2026, 14:01
İdmanAzərbaycan və Gürcüstan arasında idman sahəsində əməkdaşlıq müzakirə olunub
-
24.09.2026, 13:34
İdmanBakıda Formula 1 trekində ilk dəfə kütləvi qaçış baş tutub
-
24.09.2026, 13:11
İdmanAzərbaycanla Şimali Makedoniya arasında idman sahəsində əməkdaşlığa dair Memorandum imzalanıb
-
24.09.2026, 10:04
İdmanAzər Əsgərov usta cüdoçular arasında dünya çempionatında 12-ci medalını qazandı
-
24.09.2026, 08:41
GündəmBu gün Formula 1 üzrə Azərbaycan Qran-Prisinə start verilir
-
23.09.2026, 15:42
İdmanXüsusi Olimpiya Komitəsində məşqçilərlə görüş olub
-
23.09.2026, 15:27
İdmanFutbola həsr olunan ömür
-
23.09.2026, 13:35
İdmanAzərbaycan Qran-Prisi ərzində azarkeşlər üçün əyləncə proqramı hazırlanıb
-
23.09.2026, 11:34
İdman"Neftçi" Avropa Kubokunda mübarizəyə başlayır
-
23.09.2026, 11:08
İdmanŞahmat millilərimiz bu gün olimpiadada növbəti görüşlərini keçirəcəklər
-
23.09.2026, 10:51
İdmanMillimiz Bakıda Tacikistan yığması ilə qarşılaşacaq
Afinada ikili uğur: Zülfüqar Süleymanov dünya çempionu oldu, həm də “Ən güclü idmançı” nominasiyasında qaliblər sırasında yer aldı
İdman
25.09.2026, 14:01
Azərbaycanı ağırlıqqaldırma idman növü üzrə təmsil edən Zülfüqar Süleymanov Afinada keçirilən 2026-cı il ustalar arasında dünya çempionatında öz çəki dərəcəsində bütün rəqiblərini geridə qoyaraq dünya çempionu olub.
Olimpiyadunyasi.com xəbər verir ki, bu ilki dünya çempionatında ümumilikdə 982 kişi və 876 qadın idmançı mübarizə aparıb. Zülfüqar Süleymanovun çıxış etdiyi çəki dərəcəsində isə 13 idmançı dünya çempionluğu uğrunda mübarizə aparıb.
Yarışın ilk mərhələsi — birdən qaldırma — son dərəcə gərgin keçib. Z.Süleymanov əvvəlcə 105 kq, daha sonra isə 112 kq çəkini uğurla qaldırıb. O, üçüncü yanaşmada 117 kq çəkini başı üzərinə qaldıraraq dünya rekordu nəticəsinə imza atsa da, hakimlər tərəfindən cəhd qeydə alınmayıb.
Onun əsas rəqibi olan Dominikan Respublikasının təmsilçisi isə birdən qaldırmada 101, 105 və 108 kq nəticələr göstərib.
Çempionluğun taleyini müəyyən edən təkanla qaldırma mərhələsində isə mübarizə daha da dramatik xarakter alıb.
Həm Zülfüqar Süleymanov, həm də əsas rəqibi ilkin olaraq 130 kq sifariş edib. Lakin rəqib sonradan çəkisini 135 kq-a dəyişərək üstünlük qazanmağa çalışıb. Buna cavab olaraq Z.Süleymanov ilk sifarişini 137 kq-a yüksəldib. Hər iki idmançı ilk yanaşmalarını uğurla tamamlayıb.
Mübarizənin növbəti mərhələsində rəqib 140 kq sifariş edib. Süleymanov isə onu qabaqlamaq üçün sifarişini 142 kq-a dəyişib. Dominikan idmançısı 140 kq-ı uğurla qaldırsa da, Zülfüqar Süleymanovun 142 kq-lıq cəhdi başı üzərinə qaldırılmasına baxmayaraq, çəkini sabit saxlaya bilmədiyi üçün uğursuz sayılıb.
Son yanaşmalarda isə taktiki mübarizə davam edib. Rəqibin son sifarişi 142 kq olduğu üçün Süleymanov öz sifarişini 143 kq-a dəyişib.
Buna cavab olaraq rəqib 145 kq sifariş edib. Z.Süleymanov 143 kq-ı sinəsinə qədər qaldırsa da, yanaşmanı tamamlaya bilməyib. Rəqibi də son cəhdində 145 kq-ın öhdəsindən gələ bilməyib.
Beləliklə, bütün yanaşmaların və hesablamaların nəticəsində Zülfüqar Süleymanov 2026-cı il ustalar arasında dünya çempionatının qalibi olaraq dünya çempionu titulunu qazanıb.
Bununla yanaşı, yarışların sonunda keçirilən “Ən güclü idmançı” nominasiyasında da Zülfüqar Süleymanov qaliblər sırasında yer alıb. Bu nəticə onun Afinadakı çıxışını daha da əlamətdar edib.
Çempionluqdan sonra Azərbaycan bayrağını dalğalandıran və ölkənin dövlət himninin səsləndirilməsini təmin edən Zülfüqar Süleymanov qələbəsi ilə bağlı bildirib:
“Azərbaycan bayrağını dünya çempionatının zirvəsində dalğalandırmaq və himnimizi səsləndirmək mənim üçün sözlə ifadə olunmayacaq qədər böyük qürurdur. Bu nəticə üçün uzun müddət çalışmışam. Yarışın sonuna qədər mübarizə apardım və bütün gücümü ortaya qoydum. Dünya çempionu olmaqla yanaşı, bu anı Azərbaycan adına yazdığım üçün çox qürurluyam.”