XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Tokio-2020 üçün daha 3 lisenziya xalı
İdman 10:32 / 24.05.2019
Ukraynanın Çabanı şəhərində Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı birgünlük "Çabanı Turu” keçirilib. Yarışda Azərbaycanın Elit yığmasının 2 üzvü – Ukraynanın və Belarusun "Lviv” və "Minsk” kontinental klublarının velosipedçiləri Elçin Əsədov və Samir Cəbrayılov da mübarizə aparıb.
133 km məsafəni 3 saat, 20 dəqiqə, 27 saniyəyə qət edən Elçin Əsədov finiş xəttini 10-cu keçib və bununla da ölkəmizin reytinqinə Tokio-2020 Yay Olimpiya Oyunları üçün daha 3 lisenziya xalı qazandırıb. Yeri gəlmişkən, Elçin həm də
şərəfini qoruduğu "Lviv” komandasının yarışda iştirak edən üzvləri içərisində ən yüksək nəticə göstərib. "Minsk” klubunun heyətində çıxış edən Samir Cəbrayılova gəlincə, o 17-ci olub.
Diqqət çəkən daha bir məqam starta çıxan 89 iştirakçıdan yalnız 39-nun finişə çata bilməsidir. Qarşıdakı günlərdə velosipedçilərimizi Ukraynada keçiriləcək və Olimpiadaya lisenziya xalları verəcək 1.2 kateqoriyalı daha 3 yarış gözləyir.

44495 oxunub

InvestAZ