XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



UEFA-dan erməni futboluna zərbə
İdman 17:03 / 23.05.2019

UEFA Ermənistanın paytaxtı Yerevandakı Vazgen Sarkisyan adına Respublika Stadionunu diskvalifikasiya edə bilər. RİA "Novosti"nin yaydığı xəbərə görə, bu barədə ölkənin futbol federasiyasının prezidenti Artur Vanetsyan açıqlama verib.
O bildirib ki arena beynəlxalq standartlara cavab vermədiyi üçün belə cəza ilə üzləşə bilər. Federasiya rəhbəri vəzifələrinin yeni bir stadion tikməkdən ibarət olduğunu deyib. Vanetsyan idman qurğusu üçün lazım olan 100 milyon dolların büdcədənkənar mənbələrdən alınacağını və 10-15 hektar ərazinin lazım olacağını sözlərinəəlavə edib.
Qurumun prezidenti həmçinin Yerevanda ən böyük stadion olan "Razdan"ın müasirləşdirilməsi üçün böyük miqdarda pulun tələb olunduğunu bildirib: "Bu arena yenidən qurulsa belə, təhlükəsizlik səbəbindən beynəlxalq tədbirlərə uyğun olacağı inandırıcı deyil".
Qeyd edək ki, Yerevandakı 15 min azarkeş tutumuna malik Vazgen Sarkisyan adına Respublika Stadionu 1930-cu illərdə inşa edilib və son olaraq 1990-cı illərdə yenidən qurulub.


32495 oxunub

InvestAZ