XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Yeniyetmə boksçularımız Rumıniyada rinqə çıxacaqlar
İdman 20:29 / 22.05.2019

Mayın 24-də Rumıniyanın Qalati şəhərində yeniyetmə boksçular arasında Avropa birinciliyi start götürəcək.
Doqquz gün davam edəcək yarışda Azərbaycan millisi də mübarizə aparacaq. Yeniyetmələrdən ibarət komandanın baş məşqçisi Vaqif Kazımov qitə birinciliyində 11 boksçuya şans verəcək. Çempionatda Nicat Hüseynov (46), Səid Abdullayev (48 kq), Zaur Qəhrəmanov (50 kq), Əsəd Ağayev (52 kq), Zəlimxan Süleymanov (54 kq), Turğay Mirzəyev (57 kq), Elməddin Ağayev (60 kq), İsa Novruzlu (63 kq), Səyadulla Nəsirov (66 kq), Rəmiş Cəfərov (70 kq) və Cəfər Heydərli (80 kq) rinqə çıxacaqlar.
Artıq Rumıniyaya yollanan komandamız iyunun 2-də Vətənə qayıdacaq.
Avropa birinciliyində mayın 24-28-də təsnifat mərhələsinin döyüşləri olacaq. Mayın 29-da istirahət edəcək boksçular növbəti iki gündə yarımfinal görüşləri keçirəcəklər. İyunun 1-də isə qaliblərin adları müəyyənləşəcək.

35479 oxunub

InvestAZ